advokat@faiqmanafov.az
(012) 4090517
(050/055) 3464516

Haqqımda

Faiq Manafov

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil

1977-ci ildə Neftçalada anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş və həmin ildən hüquqşünaslıq ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 18.04.2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüdür və hazırda vəkil kimi fərdi qaydada fəaliyyət göstərir (vəkil reyestrində qeydiyyat № 420-VK). Müxtəlif kateqoriyadan olan və böyük əksəriyyəti müvəffəqiyyətlə nəticələnmiş çox sayda mülki işlərə, iqtisadi və inzibati mübahisələrə məhkəmədə baxılmasında nümayəndə və vəkil kimi iştirak etmişdir. Hüququn müxtəlif sahələri üzrə, xüsusilə korporativ hüquq, müqavilə hüququ, əqli mülkiyyət hüququ, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmədə hüquqi yardım göstərilməsi sahəsində ixtisaslaşmışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kommentariyası” (Bakı, “Digesta” nəşriyyatı, 2002. B.H.Əsədovun redaktəsi ilə), “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kommentariyası. İddia icraatı (149-284-cü maddələr)” (Bakı, “Digesta” nəşriyyatı, 2010) və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kommentariyası. III və IV bölmələr (357-477-ci maddələr)” (Bakı, “Digesta” nəşriyyatı, 2010) kitablarının müəlliflərindən biridir.