Hüquqi yardıma görə haqqın məbləği və ödənilməsi qaydası hüquqi yardım göstərilməsi haqqında müqavilə ilə müəyyən olunur. Məbləğ təyin olunarkən aşağıda göstərilən qiymətlər əsas götürülür. Lakin qarşılıqlı razılaşma əsasında həmin qiymətdən fərqli haqq müəyyən oluna bilər.
Müqavilənin bağlanmasından əvvəl müştərinin sifariş etdiyi işin, xüsusilə də məhkəmə işinin perspektivi öyrənilir (hüquqi ekspertiza) və yalnız işin perspektivi – problemin hüquqi həlli yolu olduqda bu işə dair müqavilə bağlanılır. Hüquqi yardıma görə haqqın ümümi məbləği hüquqi ekspertizaya görə ödənilmiş məbləğ qədər azaldılır.
İşin perspektivi olmadıqda və ya perspektivi olsa da, müştəri həmin işə dair müqavilə bağlamadıqda o, yalnız hüquqi ekspertizaya görə haqq ödəyir.
Xidmət haqqının məbləği müştəriyə və onun probleminə fərdi yanaşma əsasında işin həcmi, mürəkkəbliyi, vacibliyi, təcililiyi, standart olub-olmaması, sərf olunacaq vaxt və s. hallar nəzərə alınmaqla müəyyən edilir.
İşin spesifikliyindən və müştərinin arzusundan asılı olaraq xidmət haqqının müəyyən olunmasının aşağıdakı formaları tətbiq edilir:
Sabit ödəniş. Xidmət haqqının məbləğinin əvvəlcədən müəyyən edildiyi bu ödəniş forması bir qayda olaraq, həcmi qabaqcadan müəyyən dərəcədə dəqiqliklə proqnozlaşdırıla bilən işlər (hüquqi məsləhət, məhkəmədə müdafiə və s.) icra edilərkən tətbiq olunur.
Saat hesabı ilə ödəniş. Bu forma tətbiq olunarkən xidmət haqqı tapşırığın icrası üçün vəkil tərəfindən sərf olunmuş vaxt nəzərə alınmaqla saat hesabı ilə ödənilir. Belə forma işin həcminin əvvəlcədən müəyyən etmək mümkün olmadıqda (işgüzar görüşlərdə müştərinin hüquqi müşaiyəti və s.) əlverişlidir.
İşin nəticəsinə görə ödəniş. Bu, bir qayda olaraq, müstəqil ödəniş forması kimi deyil, yuxarıda qeyd olunan iki ödəniş formasının hər hansı biri ilə birlikdə əsasən pul və əmlak tələbinə dair məhkəmə işlərində tətbiq edilir və işin müvəffəqiyyətli nəticəsinə görə vəkilə əlavə haqqın (mükafatın) ödənilməsini nəzərdə tutur. Mükafat müştərinin təmin edilmiş iddiasının və ya ona qarşı təmin edilməmiş iddianın qiymətinin 2 – 30 %-i miqdarında təyin olunur.
Qarışıq forma. Bu forma əsasən çətin və mürəkkəb məhkəmə işləri, uzunmüddətli kompleks layihələr üzrə hüquqi yardım göstərilərkən tətbiq edilir və yuxarıda qeyd olunan üç ödəniş formasının birləşməsidir.
Xidmət haqqı işin nəticəsindən asılı olmayaraq müqavilədə göstərilən məbləğdə və müddətdə ödənilir (uğurlu nəticəyə görə ödəniş stisna olmaqla). Xidmət haqqı onun sonradan ödənilməsində təcrübədə rast gəlinən arzuolunmaz hallardan qaçmaq üçün əvvəlcədən ödənilir və tapşırığın icrasına, bir qayda olaraq,xidmət haqqı ödənildikdən sonra başlanılır. Ödənilmiş məbləğ müştərinin ödəniş qabiliyyətinin və vəkilə həvalə etdiyi işə münasibətdə ciddiliyinin təminatıdır.
Hüquqi xidmətlər üzrə tarif cədvəli (01.01.2022-ci ildən)
|
№ |
Hüquqi xidmətin təsviri |
Ölçü vahidi |
Qiymət (manatla) |
| 1 | Mübahisənin (işin) məhkəmə perspektivinin araşdırılması*: | 1 iş | |
| araşdırma üçün tələb olunan sənədlər sifarişçi tərəfindən təqdim olunduqa | 200 ₼ | ||
| sənədlər vəkil tərəfindən toplandıqda və ya məhkəmədə işlə tanış olmaq zərurəti yarandıqda |
300 ₼ |
||
| 2 | Mübahisənin məhkəməyəqədər (pretenziya qaydasında) tənzimlənməsi üzrə tədbirlərin görülməsi* |
1 iş |
200 ₼ |
| 3 | Mediasiya prosesində hüquqi yardım: | 1 iş | |
| ilkin mediasiya sessiyasında* | 200 ₼ | ||
| sonrakı mediasiya sessiyasında | 500 ₼-dan | ||
| 4 | Mülki işlər üzrə hüquqi yardım: | 1 iş | |
| birinci instansiya məhkəməsində | 1000 ₼-dan | ||
| apellyasiya instansiyası məhkəməsində | 1000 ₼-dan | ||
| kassasiya instansiyası məhkəməsində | 500 ₼-dan | ||
| 5 | Kommersiya mübahisələrinə dair işlər üzrə hüquqi yardım: | 1 iş | |
| birinci instansiya məhkəməsində | 1500 ₼-dan | ||
| apellyasiya instansiyası məhkəməsində | 1500 ₼-dan | ||
| kassasiya instansiyası məhkəməsində | 1000 ₼-dan | ||
| 6 | İnzibati mübahisələrə dair işlər üzrə hüquqi yardım: | 1 iş | |
| birinci instansiya məhkəməsində | 1000 ₼-dan | ||
| apellyasiya instansiyası məhkəməsində | 1000 ₼-dan | ||
| kassasiya instansiyası məhkəməsində | 1000 ₼-dan | ||
| 7 | İnzibati xətaya dair işlər üzrə hüquqi yardım: | 1 iş | |
| birinci instansiya məhkəməsində | 500 ₼-dan | ||
| apellyasiya instansiyası məhkəməsində | 500 ₼-dan | ||
| 8 | Konstitusiya Məhkəməsində hüquqi yardım göstərilməsi | 1 iş | 2000 ₼ |
| 9 | Avropa Məhkəməsinə müraciətin hazırlanması | 1 iş | 2000 ₼ |
| 10 | Prosessual sənədlərin tərtib olunması*: | 1 sənəd | |
| iddia ərizəsi / qarşılıqlı iddia ərizəsi / iddiaya qarşı etiraz və ya mülahizə | 200 ₼ | ||
| apellyasiya şikayəti / apellyasiya şikayətinə dair etiraz və ya izahat | 300 ₼ | ||
| qərardaddan şikayət | 200 ₼ | ||
| kassasiya şikayəti / kassasiya şikayətinə dair etiraz və ya izahat / əlavə kassasiya şikayəti |
500 ₼ |
||
| qərardaddan kassasiya şikayəti | 250 ₼ | ||
| Konstitusiya Məhkəməsinə ünvanlanan şikayət | 1000 ₼ | ||
| digər sənədlər (ərizə, vəsatət, etiraz və s.) | 100 ₼-dan | ||
| 11 | Vəkil sorğusunun verilməsi (sorğunun çatdırılması və cavabının alınması sifarişçiyə aid olmaqla)* |
1 sorğu |
100 ₼ |
|
12 |
Fiziki şəxslərə şifahi (o cümlədən telefonla) hüquqi məsləhətlərin verilməsi | 0,5 saatadək | 50 ₼ |
| 0,5 – 1 saat | 100 ₼ | ||
| 13 | Sahibkarlıq subyektlərinə şifahi (o cümlədən telefonla) hüquqi məsləhətlərin verilməsi | 0,5 saatadək | 100 ₼ |
| 0,5 – 1 saat | 200 ₼ | ||
| 14 | Müxtəlif suallar üzrə yazılı hüquqi rəyin verilməsi: | 1 sual | |
| Fiziki şəxslərə | 100 ₼-dan | ||
| Sahibkarlıq subyektlərinə | 200 ₼-dan | ||
| 15 | Yerli investisiyalı kommersiya hüquqi şəxslərin qeydiyyatı | 1 h/şəxs | 300 ₼ |
| 16 | Xarici investisiyalı kommersiya hüquqi şəxslərin qeydiyyatı | 1 h/şəxs | Razılaşma ilə |
| 17 | Kommersiya hüquqi şəxslərin yenidən təşkili | 1 h/şəxs | 1000 ₼ |
| 18 | Hüquqi xarakterli sənədlərin layihəsinin (müqavilə, saziş, protokol və s.) tərtib olunması (həcmindən və tətbiq sahəsindən asılı olaraq) |
1 sənəd |
100-500 ₼ |
|
19 |
Hüquqi xarakterli sənədlərin (müqavilə, saziş, protokol və s.) hüquqi ekspertizası (həcmindən və tətbiq sahəsindən asılı olaraq) |
1 sənəd |
200 ₼-dan |
| 20 | Müəssisədaxili təlimat, əsasnamə və qaydaların layihəsinin tərtib olunması | 1 sənəd |
200 ₼-dan |
| 21 | Sahibkarlıq subyektlərində kadr işinin hüquqi auditi | 1 saat | 150 ₼ |
|
22 |
Kommersiya xarakterli müzakirələrdə, müqavilələrin bağlanmasında, dövlət və qeyri-dövlət orqanları ilə münasibətlərdə hüquqi müşayiət |
1 saat |
150 ₼ |
*Məhkəmədə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlandıqda bu xidmətlərə görə ayrıca haqq ödənilmir.
Qeyd: qarşılıqlı razılaşmaya əsasən tarif cədvəlində göstərilən qiymətdən fərqli xidmət haqqı müəyyən oluna bilər.
